13 noyabr 2020, 20:09

Fuad Güləmirovdan, Mingəçevir, Azərbaycan

Əziz Prezidentimiz, cənab İlham Əliyev.

Mən Sizinlə fəxr edirəm və böyük Qələbə münasibətilə Sizi Güləmirovlar ailəsi adından təbrik edirəm. Siz torpaqlarımızı mənfur düşmənlərdən azad etdiniz. Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!

Mənim 11 yaşım var. Böyüyəndə xalqıma, torpağıma, Vətənimə layiqli övlad olacağıma söz verirəm. Şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ordumuza eşq olsun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Fuad Güləmirov

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.