13 noyabr 2020, 20:02

Afər Usubəliyevadan, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Sizi təbrik edirəm. Öz əməllərinizlə adınızı tarixə qızıl hərflərlə yazdırdınız. Mənim Sizə böyük hörmətim var. Hər gün dua edirdim ki, doğma Qarabağımız işğaldan azad edilsin. Bunu Siz və müzəffər Ordumuz birlikdə bacardınız. Çox sevincliyəm. Hər gün qələbə xəbərləri verərək bizlərə qürur hissləri yaşatdınız.

Cənab Prezident, dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə təşəkkür edirəm, Sizi bağrıma basıb öpürəm. Allah Sizi qorusun!

Hörmətlə,

Afər Usubəliyeva

Azərbaycan Respublikası, Ağsu şəhəri.