13 noyabr 2020, 19:40
Vaqif Mirzəliyevdən, Gəncə, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Dünyanın 170-dən çox ölkəsinə yayılmış həmvətənlərimizin ürəyi bu gün Azərbaycanla döyünür. Onlar dövlətimizin və xalqımızın Qələbəsinə sevinir. Bütün Azərbaycan türkləri kimi biz də bu tarixi uğura görə qürur duyuruq.
Cənab Prezident, Sizi müzəffər Ali Baş Komandan kimi bu tarixi zəfər münasibətilə təbrik edirik. Azərbaycanımızın işıqlı gələcəyi naminə Sizə bu müqəddəs işinizdə yeni uğurlar arzulayırıq.
Allah Sizə və müzəffər Ordumuza qüvvət versin!
Hörmətlə,
Azərbaycan Dövlət Aqrar Universitetinin Yerüstü nəqliyyat rabitəsi və texniki servis kafedrasının əməkdaşları adından
Vaqif Mirzəliyev
Azərbaycan Respublikası, Gəncə şəhəri.