Fazil Məmmədovdan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Nəhayət 28 ildən sonra Sizin və şanlı Azərbaycan Ordusunun qətiyyəti, cəsarəti nəticəsində torpaqlarımız öz azadlığına qovuşdu. Bu şanlı Qələbə gününü bizə yaşatdığınız üçün Sizə öz adımdan və sədri olduğum Pirallahı rayon Ağsaqqallar Şurasının hər bir üzvü adından minnətdaram.
Bu gün Azərbaycan xalqı üçün ən xoşbəxt gündür. Çünki illərdir məcburi köçkün həyatı yaşayan vətəndaşlarımız öz doğma yurd-yuvasına qayıdacaq. Artıq Azərbaycan üçün pis günlər, Vətən həsrətli illər sona yetdi. Sayənizdə bundan sonra bizi gözəl və firavan günlər gözləyir. Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!
Qələbə bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Pirallahı rayon Ağsaqqallar Şurası üzvləri adından
Fazil Məmmədov
Şuranın sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.