13 noyabr 2020, 19:20

İmran Sadıqovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Sizin kimi Ali Baş Komandanla fəxr edirik. Bir vətəndaş kimi Qarabağın artıq Zəngəzur, Göyçə, Təbriz kimi əlimizdən getdiyinə inanmışdım. Lakin Vətən müharibəsi başlayan gündən Sizə çox güvəndim və nəticəsini də gördüm. Sizin heykəlinizi Şuşa şəhərində Rəcəb Tayyib Ərdoğanla birlikdə çiyin-çiyinə ucaltmaq lazımdır.

Cənab Prezident, İnşallah, Cıdır düzündə Türkiyə Prezidenti ilə Sizin ayaqlarınızın altında öz təsərrüfatımdan olan qurbanlıq toğlunu öz əllərimlə kəsmək arzumdur.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Eşq olsun Ali Baş Komandanımıza!

Hörmətlə,

İmran Sadıqov

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Eçara kəndi.