Oruc Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Verdiyiniz Qələbə xəbəri bütün Azərbaycan xalqı kimi biz “Zabrat Maşınqayırma Zavodu” ASC-nin kollektivinin də böyük sevincinə səbəb oldu.
Bütün illər ərzində Siz bu münaqişəni sülh yolu ilə həll etmək üçün bütün imkanlardan istifadə etdiniz. Sonra Ali Baş Komandan kimi torpağını, xalqını sevən bir mərd oğul kimi xalqımıza güvənərək öz əmrinizi verdiniz.
Rəhbərliyiniz altında şanlı Ordumuz qısa bir zamanda torpaqlarımızı azad etməyə başladı. Bu gün bu torpaqlarda bizim üçrəngli Bayrağımız dalğalanır.
“Noldu Paşınyan?” - bu sözlər bu gün dillər əzbəridir. Bu sözlərin müəllifi kimi Siz tarix yazdınız.
Eşq olsun, dahi Sərkərdə!
Ulu Öndərin ruhu bu xalqa Sizin kimi bir oğul bəxş etdiyinə görə çox şaddır.
Möhtərəm Prezidentimiz, bu gün Siz dünyanın 3 aparıcı dövlətlərinin təmsil olunduğu ATƏT-in Minsk qrupunun uzun illər həll edə bilmədikləri bir məsələni qısa vaxta həll etdiniz. Bu bir daha sübut edir ki, Siz dahi rəhbər olmaqla bərabər güclü Ali Baş Komandansınız!
Siz bizə başımızı dik tutmağı bəxş etdiniz.
Allah Sizi qorusun!
Eşq olsun Ali Baş Komandanımıza!
Yaşasın Şanlı Ordumuz!
Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Hörmətlə,
“Zabrat Maşınqayırma Zavodu” ASC-nin kollektivi adından
Oruc Məmmədov
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.