Ruslan Qasımovdan, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin komandanlığınız altında rəşadətli Ordumuzun erməni işğalçıları üzərində qazandığı şanlı Qələbə hər birimizdə iftixar hissləri yaradır.
Sizin sayənizdə Azərbaycanımızın şanlı tarixi yazıldı.
Müzəffər Ali Baş Komandan, Azərbaycan vətəndaşı olaraq İsmayıllı rayonu Qalacıq kənd tam orta məktəbinin kollektivi adından, Azərbaycanda yaşayan ləzgilər adından Vətənimizin ərazi bütövlüyünün təmin edildiyi bir gündə Siz başda olmaqla bütün Ordumuzun şəxsi heyətinə bizə bəxş etdiyiniz Qələbə sevinci üçün dərin minnətdarlığımızı bildiririk.
Uca Tanrı Azərbaycanımızı qorusun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsmayıllı rayonu Qalacıq kənd tam orta məktəbinin kollektivi adından
Məktəbin direktoru Ruslan Qasımov
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalacıq kəndi.