Abduləli Əzizov və V.Əbdurəhmanovdan, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan.
Qarabağın azadlığı uğrunda apardığınız məqsədyönlü siyasətə, şanlı Qələbəmizə, şərəfli, qürurverici tariximizə görə Sizə bütün Zaqatala rayon Aşağı Tala kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk.
Vətən uğrunda canından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət, yaralılarımıza şəfa diləyirik.
Müzəffər Ali Baş Komandan, Siz dünyaya Azərbaycanın gücünü göstərdiniz.
Sizi hər zaman dəstəkləyir və Sizinlə fəxr edirik!
Allah Sizi və Ordumuzu qorusun!
Yaşasın Ali Baş Komandan!
Hörmətlə,
Zaqatala rayon Aşağı Tala kəndinin sakinləri adından
Kənd ərazi dairəsi üzrə nümayəndə Abduləli Əzizov və kənd bələdiyyəsinin sədri V.Əbdurəhmanov
Azərbaycan Respublikası, Zaqatala rayonu, Aşağı Tala kəndi.