13 noyabr 2020, 18:10

Xeyrulla Cəfərovdan, Ağdam, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Uzun illər çəkdiyiniz əziyyətlər öz bəhrəsini verdi.

Qarabağın azad edilməsinə dair sənədə qol çəkən əllərinizdən öpürəm və Sizi, bütün xalqımızı təbrik edirəm.

Mən Ağdərənin Sırxavənd kəndinin sakiniyəm. Bu Qələbə xəbərinə nə qədər sevindiyimi yəqin ki, təsəvvür edirsiniz. Gözümüz aydın, cənab Prezident.

Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Xeyrulla Cəfərov

Azərbaycan Respublikası, Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi.