13 noyabr 2020, 18:07
2 nömrəli uşaq poliklinikasının kollektivindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bütün kollektivimiz adından xalqımızın 30 illik nisgilinə, Vətən, torpaq həsrətinə son qoyduğunuza görə və bu şanlı Qələbəni bizə yaşatdığınız üçün Sizə minnətdarıq.
Məhz Sizin uzaqgörən siyasətinizin, əzminizin sayəsində xalqımız bu günlərə çatdı.
Uca Tanrı bütün şəhidlərimizə rəhmət eləsin!
Ordumuzu qorusun!
Qələbədən sonra Azərbaycan xalqının Prezident seçkilərinə ehtiyacı qalmadı.
Siz bizim ömürlük Prezidentimiz və Ali Baş Komandanımızsınız!
Var olsun Azərbaycan və Azərbaycan xalqı!
Hörmətlə,
2 nömrəli uşaq poliklinikasının kollektivi
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.