Tərlan Şavruqovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Qazanmış olduğumuz bu Qələbə münasibətilə başda Siz olmaqla xalqımızı və müzəffər Ordumuzu təbrik edirəm.
Cənab Prezident, biz Sizinlə fəxr edirik. Siz bir daha dünyaya sübut etdiniz ki, heç kəs Azərbaycan xalqının qüruru ilə oynaya bilməz. Heç kəs Azərbaycan Respublikasının ərazi bütövlüyünə əl uzada bilməz.
Bu sətirləri yazarkən sevincimdən göz yaşlarıma hakim ola bilmirəm.
Rəbbim Sizin nəfəsinizi ölkəmizin üzərindən əskik etməsin!
Müzəffər Ali Baş Komandan, Siz var olduqca Azərbaycan xalqının başı hər zaman dik olacaq. Siz bizləri inanılmaz dərəcədə xoşbəxt etdiniz. Şəhidlərimizin qanı yerdə qalmadı.
Uca Tanrıdan hər gün Sizə cansağlığı arzu edirəm.
Sizə minnətdarlığım sonsuzdur.
Hörmətlə,
Tərlan Şavruqov
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.