Süleyman Babayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan dövlətinin qurucusu, xalqımızın yüksək ehtiramla daim qəlbində yaşatdığı ümummilli liderimiz Heydər Əliyevin dövlətimizin yaradılması, güclənməsi, aparıcı dünya dövlətlərinin sırasında layiqli yer tutması üçün gördüyü möhtəşəm işlərin ardıcıl davamçısı olaraq apardığınız uğurlu ordu quruculuğu, daxili və xarici siyasətin nəticəsidir ki, dünya zəfər tarixinə qızıl hərflərlə yazılacaq 2020-ci il 10 noyabr tarixini bütün azərbaycanlılar və Türk dünyası Qələbə Günü kimi qeyd etdi və bundan sonra hər il qeyd edəcəkdir. Müzəffər Ordunun Ali Baş Komandanı olaraq Azərbaycan millətinə 44 günlük Vətən müharibəsi vaxtı yaşatdığınız sevinc dolu günlərə görə Sizə minnətdarıq.
Hörmətli Prezident, Sizin “Qarabağ Azərbaycandır!” şüarınız artıq bütün dünyada dillər əzbəridir. Siz bütün Azərbaycan millətinin qürurusunuz. Uca Tanrı Sizi qorusun!
Dərin hörmətlə, böyük ehtiramla və Sizin siyasətinizə sədaqətlə,
Süleyman Babayev
“AKELİK GROUP” ASC-nin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.