13 noyabr 2020, 17:53

Bakir Əhmədovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə münasibəti ilə İsmayıllı rayon Kəlbənd kəndində məskunlaşmış Şuşa rayon Cəmillər kəndinin sakinləri adından ürəkdən təbrik edirik. Sizə cansağlığı, uzun ömür, ordumuzun əsgər və zabitlərinə bu qələbə münasibəti ilə müvəffəqiyyətlər arzu edirik. Sizin qarşınızda baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Bakir Əhmədov

Şuşa rayon Cəmillər kəndindən məcburi köçkün

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Kəlbənd kəndi.