13 noyabr 2020, 17:47
Cahangir Əliyevdən, Astara, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə şanlı Ordumuzun tarixi qələbəsi münasibətilə Sizə təşəkkür edir və ailəm adından sonsuz məhəbbətimi və dərin minnətdarlığımı bildirirəm.
Siz Azərbaycan xalqının arzularını çin etdiniz, neçə illərdir sızlayan qəlbləri sevindirdiniz, qanayan yaralara məlhəm oldunuz.
Allah Sizi xalqımız üçün daim qorusun.
Hörmətlə,
Cahangir Əliyev
Azərbaycan Respublikası, Astara rayonu, Məçitməhəllə kəndi.