13 noyabr 2020, 17:17
Mirismayıl Mehdiyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Şanlı Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan xalqının böyük xalq olduğunu bütün dünyaya sübut etdiniz. Xalqın mədəniyyətinin, qeyrətinin daha da güclənməsinə səbəb oldunuz.
Bir arzum var. Azərbaycan Respublikasında bir döş nişanı təsis olunsun, üzərində o yumruq həkk olunsun, xalq üçün qardaşlıq və qələbə rəmzi, düşmən üçün isə başını əzməyə bir silah olsun.
Yaşasın Azərbaycan xalqı! Silahlı Qüvvələrimizə eşq olsun!
Yaşasın daimi Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız!
Hörmətlə,
Mehdiyev Mirismayıl Mirsahib oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.