13 noyabr 2020, 17:10

Orxan Əfəndiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin qızıl imzanızla Azərbaycan tarixinə yazdığınız bu şanlı zəfər bütün Azərbaycan xalqını sonsuz bir sevincə, böyük bir qürura qərq etdi. Neçə illərdir Qarabağ həsrəti ilə çarpan ürəkləri, Qarabağ yanğısı ilə yaşaran gözləri səadət duyğusuna, sevinc gözyaşılarına qovuşdurdunuz, qüdrətli Sərkərdəmiz! Odur ki, Sizin qarşınızda iftixarla baş əyirəm, Sizə və ailənizə Uca Allahdan uzun ömür, cansağlığı və əbədi səadət arzulayıram! İcazənizlə Sizi və bütün Azərbaycan xalqını öz şeirimlə təbrik etmək istəyirəm.

Sən ey qüdrətiylə tarixlər yazan,

Şərin, xəyanətin qəbrini qazan,

Zalımın üstünə şir kimi gedən,

Zülmün yuvasını yerlə bir edən,

Şanlı sərkərdəmiz, ey böyük hünər!

Ölməz qəhrəmanlıq, ölməz igidlər!

Axsın Qarabağın gur bulaqları,

Günəşdən tac qoysun Şuşa dağları,

Dönsün gülüstana Vətən torpağı,

Ucaltdın göylərə şanlı bayrağı!

Vətən sevdalısı, eşqin var ol olsun,

Gələn nəsillərə yadigar olsun!

Qoy ruhu şad olsun Ata Heydərin,

Dünyaya səs salsın böyük hünərin!

Ey şanlı sərkərdəm! Gün gələcəkdir

Şuşada heykəlin yüksələcəkdir!

Polad yumruğunu qaldırıb göyə,

“Yaşasın bu millət, bu Vətən”-deyə,

Zəhərli ilanın əzdin başını,

Dünyaya göstərdin haqq savaşını!

Yaşa Heydər oğlu İlham, min yaşa

Hünərlə baş-başa, xalqla baş-başa!

Hörmətlə,

Əfəndiyev Orxan (Cavidan),

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.