13 noyabr 2020, 16:53

Elgün Əlifovdan, Sabirabad, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi doğma torpaqlarımız olan Qarabağımızın düşmən işğalından azad olunması ilə əlaqədar olaraq, səmimi qəlbdən təbrik edirəm. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan dünyaya qüdrət nümayiş etdirdi. Bu ölkə, bu məmləkət, bu millət Sizinlə güclüdür, Sizinlə qüdrətlidir. Ulu Tanrı Sizi hifz etsin! Siz Qarabağla birlikdə bütün Azərbaycan xalqının qəlbini də fəth etdiniz. Sonsuz təşəkkür edirik, cənab Prezident, bir ömür minnətdarıq!

Hörmətlə,

Əlifov Elgün Azad oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Şəhriyar kəndi.