Vahid Cəbrayılovdan, Lerik, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin, hamını heyran edən siyasətinizin nəticəsində bu günlər ölkəmiz böyük bayram içindədir. Rəhbərliyinizlə şanlı Ordumuz amansız düşmənlərimizə layiq olduqları zərbəni endirdilər. Torpaqlarımız alındı. Sizi və Ordumuzu bu gözəl bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Siz bu savaşda Ali Baş Komandan olmaqla yanaşı, həm də böyük Loğman olduğunuzu göstərdiniz. Belə ki, dünyanın aparıcı televiziya kanallarına müsahibə verərək kor olan gözləri, lal olan dilləri açmaqla düşmənlərimizin havadarlarını həqiqəti görməyə və dilə gətirməyə sövq etdiniz. Möhtərəm Prezident, bütün Lerik camaatı sizinlə fəxr edir və qürur duyurlar. Ölkəmizə xoşbəxt gələcək və xalqımıza firavan həyat bəxş etdiyinizə görə Sizə ən səmimi arzularımı bildirirəm. Qoy Tanrı yardımçınız olsun!
Hörmətlə,
Cəbrayılov Vahid Allahyar oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu, Gürdəsər kəndi.