13 noyabr 2020, 16:23
Əli Əliyevdən, Culfa, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi Qələbə Günü münasibətilə təbrik edirəm. Sizin uzaqgörən və müdrik siyasətiniz sayəsində bu möhtəşəm bayram günlərini yaşayırıq.
Siz xalqımızın şərəf və namus bayraqdarısınız.
Hörmətli Prezident,
Mənim böyük oğlum 1993-cü ildə Aşağı Qərvənd kəndi uğrunda döyüşlərdə üç qəlpə yarası almışdı. Kiçik oğlum isə iki aydır ki, könüllü kimi qeydiyyatdadır. Hər an əmrinizdədir.
Siz Əlincə qalası kimi alınmaz və İlanlı dağ kimi vüqarlısınız.
Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!
Hörmətlə,
Əliyev Əli Əsgər oğlu.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Saltaq kəndi.