13 noyabr 2020, 16:17

Lamiyə Əhmədovadan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Ulu öndər Heydər Əliyevin adını daim uca tutan, atasının vəsiyyətini həyata keçirən, xalqın əziz, istəkli Prezidenti kimi Siz dünyanın ən xoşbəxt Lideri və xoşbəxt insanısınız. Çünki tarix yazdınız! Mən həmişə Sizinlə fəxr etmişəm, edirəm və edəcəyəm də!

Azərbaycan xalqı, şəxsən mən özüm Sizi özümüzə dayaq hesab edirik. Qoy Ulu Tanrı tükənməz mərhəmətini və nurunu Sizin simanızdan əskik etməsin! Daim xoş xəbərlər müjdəçisi, üzü nurlu cənab Prezidentimiz, Sizi təbrik edirəm.

Hörmətlə,

Əhmədova Lamiyə Şükür qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.