Möminəxanım Məhsimovadan, Xaçmaz, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Mənim 67 yaşım var. Bu günədək mən Azərbaycanda belə birliyin, belə vəhdətin şahidi olmamışdım. Bunu yaradan Sizsiniz. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizlə, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız haqq-ədalət mübarizəsi ilə, qurduğunuz güclü və məğlubedilməz Ordu ilə və nəhayət, qüdrətli sərkərdəliyinizlə xalqımızı böyük Qələbəyə çatdırdınız.
Siz verdiyiniz sözə sahib çıxdınız, doğma torpaqlarımızı işğalçılardan azad etdiniz. Sizinlə qürur duyuruq. Fəxr edirik ki, belə bir rəhbərimiz var. Allah Sizi qorusun! Dövlətimizi və şanlı Ordumuzu qorusun! Biləsiniz ki, hər zaman dualarımızdasınız.
Hörmətlə,
Məhsimova Möminəxanım.
Azərbaycan Respublikası, Xaçmaz rayonu, Qıraqlı kəndi.