Alim Mirzəliyevdən, Bakı, Azərbaycan
Böyük Sərkərdə,
Mən ilk öncə Sizi və xalqımızı möhtəşəm tarixi Qələbə münasibətilə təbrik edirəm. Yürütdüyünüz uğurlu daxili və xarici siyasətinizlə bir tarix yaratdınız. Əsgər və zabitlərimiz cəbhədə silahla döyüşərkən, Siz gecə-gündüz demədən, yorulmadan dünya mediası ilə təkbaşına döyüşdünüz və onlara qalib gəldiniz. Sonda əldə olunmuş razılaşma ilə sübut olundu ki, Ermənistan işğalçı dövlətdir və bu işğalçını maliyyələşdirən qüvvələr kimdir. Dəmir yumruğunuz təkcə ermənilərin deyil, onlara havadarlıq edən böyük qüvvələrin də başına dəydi.
Cənab Prezident, dövlətimiz Sizin rəhbərliyiniz altında yeni dönəmə başlayır. Mən xoşbəxtəm ki, Sizin kimi liderlə bir dövrdə yaşayıram. Sizə xidmət etmək mənim ən böyük arzumdur. Atam da həmişə Sizin barənizdə xoş sözlər deyir. Siz bizim qürur mənbəyimiz və arxa-dayağımızsınız. Sizin şəxsinizi və xidmətlərinizi sözlə ifadə etmək çətindir.
Allah Sizi və xalqımızı qorusun! Allah şəhidlərimizə rəhmət eləsin!
Hörmətlə,
Mirzəliyev Alim Arif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.