13 noyabr 2020, 14:57

Əliziya Ağayevdən, Lənkəran, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Müharibənin getdiyi müddətdə sizin inamınız, cəsarətli çıxışlarınız xalqımızda, ordumuzda inam hissini artırdı və qələbəyə ruhlandırdı. Sizin bilavasitə rəhbərliyiniz, qətiyyətiniz, uzaqgörən siyasətiniz, polad iradəniz sayəsində tarixi torpaqlarımız erməni işğalından azad olundu. Siz bizim qəlbimizdə əbədi olaraq öz heykəlinizi ucaltdınız. Hörmətli Prezident, səbirsizliklə gözlədiyimiz Qələbə sevincini bizə yaşatdığınız üçün Sizə, rəşadətli Ordumuza ürəkdən dərin minnətdarlığımızı bildiririk.

Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan!

Hörmətlə,

Ağayev Əliziya Arif oğlu,

Azərbaycan Respublikası, Lənkəran rayonu, Viravul kəndi.