13 noyabr 2020, 14:35

Qasım Fəzizadədən, Praqa, Çexiya

Cənab Prezident!

Biz, Çexiyada yaşayan azərbaycanlılar Sizinlə fəxr edir, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik.

Ölkə hüdudlarından kənarda Azərbaycanı və Azərbaycançılığı daima şərəflə təmsil etməyimizdən tam əmin ola bilərsiniz.

Sizin məğrur duruşunuz və qətiyyətli mövqeyiniz bizi daha da gücləndirir.

Ulu Öndərimizin layiqli davamçısı kimi sizə bu şərəfli yolda möhkəm cansağlığı və gələcək işlərinizdə uğurlar arzu edirik.

Qələbə münasibətilə başda Ali Baş Komandan olmaqla bütün dünya Azərbaycanlılarını təbrik edirik vətən uğrunda canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Fəzizadə Qasım,

Çexiya Respublikası, Praqa.