13 noyabr 2020, 14:28
Şahlar Babayevdən, Gəncə, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Azərbaycanımızın dilbər guşəsi olan Dağlıq Qarabağın mənfur ermənilərdən azad olunması münasibətilə Sizi təbrik edir, qalibiyyət ruhlu bu xoş günlərdə müstəqil respublikamızın daha da inkişaf etdirilməsi yollarında uğurlar arzulayıram.
Mən də bir zabit hərbçi atası kimi fəxr edirəm ki, Vətənimiz yağı düşmən tapdağından azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin və yaralı əsgərlərimizə şəfa versin.
Allah Sizi və müzəffər Ordumuzu daim var eləsin!
Hörmətlə,
Şahlar Babayev
Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor
Azərbaycan Respublikası, Gəncə şəhəri.