13 noyabr 2020, 13:45

İsmayıl Orucovdan, Qazax, Azərbaycan

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev.

Sizi bu gözəl qələbə münasibəti ilə şəxsən öz adımdan, ailəmin adından və bütün qazaxlıların adından ürəkdən təbrik edirəm, Sizə can sağlığı və bu şərəfli yolda uğurlar arzu edirəm. Mən bir azərbaycanlı kimi Sizin apardığınız bu uğurlu siyasəti alqışlayıram, 28 ildir gözü öz torpaqlarında qalmış məcburi köçkünlərimizi öz doğma evlərinə qaytardınız. Siz qərəzli xarici jurnalistlərə layiqli cavablar verərək bütün dünyaya Azərbaycan xalqının gücünü, qeyrətini, mədəniyyətini göstərdiniz. Bizim sevincimizin həddi yoxdur. Siz Azərbaycan Respublikasının ömürlük Prezidenti olmağa layiq bir şəxsiyyətsiniz. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Əsgəri. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Orucov İsmayıl Alı oğlu.

Azərbaycan Respublikası, Qazax şəhəri.