13 noyabr 2020, 13:37

Çağrı Kərimzadədən, Bakı, Azərbaycan

Cənab Prezidentimiz.

Siz 1918-ci ildən sonra torpaqlarımızı geri qaytaran ilk və yeganə dövlət başçısısınız. Azərbaycanın rəşadətli ordusu düşmən üzərində qələbə qazanaraq əzəli Azərbaycan torpağı olan Qarabağı işğaldan azad etdi. Bu məhz Sizin qələbənizdir, cənab Prezident.

Tarix yazan Liderimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev, Sizi təbrik edirəm. Bu ölkənin bu xalqın başının üstündə hər zaman var olasınız. Sizin bu ölkəyə, bu xalqa xidmətlərinizi saymaqla bitməz. Mən bir dövlət qulluqçusu, memar və Yeni Azərbaycan Partiyasının üzvi olaraq hər zaman Sizin yolunuzla, dəsti-xəttinizlə gedən əsgəriniz olmağa çalışıram. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Çağrı Kərimzadə

Azərbaycan Respublikası, Bakı şəhəri.