13 noyabr 2020, 13:20

Hikmət Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

30 ilə yaxın yaşadığımız Vətən həsrətimizə əsil vətənpərvər, xalqına bağlı bir Prezident kimi edilən təzyiqləri gözə alaraq sona qədər cəsarət nümayiş etdirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz bu böyük qələbə ilə Azərbaycan xalqının tarixində yeni bir səhifə açdınız. Ulu Öndərin vəsiyyətini yerinə yetirməklə, eyni zamanda, Vətən uğrunda canını fəda edən oğulların qanını yerdə qoymadınız. Bir daha Sizə təşəkkür edir, cansağlığı, uzun ömür arzu edirəm.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hikmət Məmmədov

Azərbaycan Respublikası, Bakı şəhəri.