13 noyabr 2020, 13:16

İsgəndər Qasımovdan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Vətənin bu möhtəşəm Qələbəsini bizə bəxş etdiyiniz üçün Sizinlə qürur duyuram. Çox sağ olun ki, bu fəxr, qürur hissini bizə yaşatdınız. Bütün dünya Azərbaycanın gücünü gördü.

Qələbəmiz münasibətilə Sizi, rəşadətli Ordumuzu və Azərbaycanın mərd xalqını ürəkdən təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa versin.

Rusiya Federasiyasında yaşasam da, Azərbaycan vətəndaşıyam. Qəlbim hər an Azərbaycanla döyünür. Ulu Öndərin bu sözü hamımızın dilində əzbərdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Allah dahi rəhbərimiz, ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Əminəm ki, bu gün onun ruhu şaddır.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qasımov İsgəndər Eldar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.