13 noyabr 2020, 12:46

Həbibullah Hacıyev və başqalarından, Zaqatala, Azərbaycan

Əziz Prezidentimiz.

Qələbəmiz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Allah Sizi və Ordumuzu qorusun.

Azərbaycan xalqı şərəfli və qürurla dolu günlər yaşayır. Sizin rəhbərliyiniz, cəsarətiniz və qətiyyətiniz sayəsində şanlı Ordumuz düşməni diz çökdürdü. Bu tarixi qələbəni, bu sevinci xalqımıza məhz Siz və Ali Baş Komandanı olduğunuz müzəffər Ordumuz yaşatdı. Eşq olsun Sizlərə!

Hörmətlə,

Hacıyev Həbibullah

Balayeva Minayə

Ceerova Xanım

Azərbaycan Respublikası, Zaqatala rayonu, Mazıx kəndi.