13 noyabr 2020, 12:31
Nügbar Ağayevadan, Şamaxı, Azərbaycan
Çox hörmətli, əziz Prezidentim!
Bu müraciətimi sevinc göz yaşları içində yazıram. Çünki sevincimin həddi-hüdudu yoxdur. Uzun illərdir düşmən tapdağı altında olan və qəlb yaramıza çevrilmiş torpaqlarımız Sizin sayənizdə işğaldan azad olundu. Sizə olan sevgimi, minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm. Ən böyük arzum, istəyim budur ki, Sizə qızıldan tac qoyulsun. Siz, Ulu Öndərimizin yolunu layiqincə davam etdirən qeyrətli oğul, əbədi Prezidentimizsiniz. Bir əlil övlad anası olaraq qarşınızda baş əyirəm. Allah Sizi qorusun!
Hörmətlə,
Ağayeva Nügbar Qərib qızı.
Azərbaycan Respublikası, Şamaxı rayonu, Çuxuryurd kəndi.