13 noyabr 2020, 12:28

Ülvü Həbibovdan, Cəlilabad, Azərbaycan

 Hörmətli cənab Prezident,

Vətən müharibəsində qazandığımız Qələbəni şəhid, qazi və qəhrəman əsgərlərimizə borclu olduğumuz qədər Sizə də borcluyuq. Bunu Sizə bir şəhid qardaşı olaraq deyirəm. Bu ağır yaralarımızı ancaq Qələbə sevinci ilə sağalda biləcəyik.

Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza rəhmət diləyirəm. Sizə cansağlığı, uzun ömür, gələcək işlərinizdə böyük uğurlar arzulayıram. Allah Sizi və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Həbibov Ülvü Əliağa oğlu, şəhid qardaşı.

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.