Lətifə Salahovadan, Bakı, Azərbaycan
Mənim Prezidentim,
Vətən müharibəsinin getdiyi günlərdə Sizdən hər gün yeni və xoş xəbərlər gözlədik. İşğal altında olan kənd və qəsəbələrimizin, Zəngilanın, Qubadlının alınması xəbərlərini eşitdikcə, düşmənin başını əzən yumruğunuzu silkələdikcə bizlərə xoş anlar yaşatdınız. Bütün bunlara görə Sizə minnətdarıq. Sizinlə fəxr edirik. Bu addımınızla adınızı tarixə qızıl hərflərlə yazdırdınız.
Mənim 63 yaşım var. Hər zaman Vətən uğrunda ölümə belə getməyə hazır olmuşam, çünki azərbaycanlıyam. Vətənimin hər qarış torpağı mənə əzizdir.
Cənab Prezident, Sizə Allahdan cansağlığı, uzun ömür arzulayıram. Sizi sevirik. Yaşayın, yaradın, Azərbaycanı inkişaf etdirin!
Qarabağ Azərbaycandır! Azərbaycan – İlhamdır!
Hörmətlə,
Salahova Lətifə.
Azərbaycan Respublikası, Bakı şəhəri.