Sürəyya Mehdiyevadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Qazandığımız Qələbə münasibətilə Sizi və xalqımızı təbrik edirəm, öz minnətdarlığımı şeirlə ifadə etmək istəyirəm.
Qarabağ xəritəsi təzədən yazılsın gərək
Qarabağ xəritəsi şəhid balaların qanı ilə yazılsın gərək!
Ağdamdan başlayıb, xəritə yazmaq gərək:
Füzuli yurduna yığışmaq gərək,
Ağdərə meşəsində dincəlmək gərək,
Kəlbəcər dağlarına qalxıb,
İstisu bulaqlarından doyunca içmək gərək,
Qubadlı əhli ilə görüşmək gərək,
Zəngilanımızı qorumaq gərək,
Cəbrayıla gedib o yerləri dolanmaq gərək,
Xocalı yurdunda ölənlərimə abidə ucaltmaq gərək,
Şuşa - Qarabağın ürəyi, bilin,
Xan baba inciyər, Şuşanı gəzdikcə gəzmək gərək,
Laçın - Şuşanın kiçik qardaşı, ondan hal-əhval bilib görüşmək gərək,
Xəritəmizin yazısını elimin möhtərəm Prezidentinin
Qarabağ Azərbaycandır!
Kəlamı ilə tamamlamaq gərək!
Sürəyya Gəncəlinin də bu yerdə sevinclə, sözünü tamamlaması gərək.
Hörmətlə,
Mehdiyeva Sürəyya
Azərbaycan Respublikası, Gəncə şəhəri.