13 noyabr 2020, 12:12

Aysel Şükürovadan, Ağdaş, Azərbaycan

Salam, mənim Prezidentim!

Sizə təşəkkür edirəm! Əzəli torpaqlarımızı qaytardığınız üçün çox sağ olun. Biz Qələbə çaldıq. Bu sevinci uşaqdan-böyüyə kimi hər kəs yaşadı. Mən yetim böyümüş bir qızam, həyatda ürəkdən sevinib gülmək mənə nəsib olmayıb. Lakin Vətən savaşında qazandığımız bu Qələbə ilə mənə heç vaxt yaşamadığım sevinc, fərəh, qürur hissini bəxş etdiniz.

Cənab Prezident, Sizin sayənizdə artıq körpələrimiz atəş səsi eşitməyəcək, qorxmayacaq. Allah Sizə ömür versin, ailənizi qorusun. Əllərinizdən öpürəm.

Hörmətlə,

Şükürova Aysel Şahin qızı.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Güvəkənd kəndi.