13 noyabr 2020, 11:42

Əzim Əzimov və Güllübəyim Əzimovadan, Masallı, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Bu sevinc məktubunu Sizə 40 nəfərlik ailəmin - oğlanlarım, qızlarım, kürəkənlərim və nəvələrimin adından yazırıq.

Cənab Prezident!

Fransanın, Amerikanın, Almaniyanın, Rusiyanın və digər ölkələrin aparıcıları Sizdən müsahibə alanda elə tutarlı cavab verdiniz ki, onlar heyran qaldılar. Almaniyalı aparıcı hazırcavablığınızı təəccüblə izləyir, Amerikalı aparıcı Sizə “Amerikanın siyasətini gözəl bilirsiniz” deyirdi.

Cənab Prezident, Şəhidlər Xiyabanında xalqa müraciətinizə qulaq asdıq. Həm sevincdən ağlayırdıq, həm gülürdük. Şuşanın azad olunması xəbərini eşidəndə sevincimizin hüdudu yox idi. Allah Sizi, ailənizi, əsgər və zabitlərimizi qorusun!

Eşq olsun Azərbaycan Ordusuna!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əzimov Əzim Heydər oğlu, Banbaşı məscidinin imamı,

Əzimova Güllübəyim Əmir qızı, 14 uşaq anası, Qəhrəman ana.

Azərbaycan Respublikası, Masallı rayonu, Banbaşı kəndi.