13 noyabr 2020, 11:14

Rüstəm Məmmədovdan, Biləsuvar, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. İndi üçrəngli, ay-ulduzlu Bayrağımız azad olmuş torpaqlarımızda dalğalanır. Azərbaycan xalqının qəhrəman oğlu İlham Əliyev, Sizə Milli Qəhrəman adı yaraşır.

Eşq olsun Ali Baş Komandanımıza!

Eşq olsun Azərbaycan Ordusuna!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rüstəm Məmmədov

Azərbaycan Respublikası, Biləsuvar şəhəri.-0-