Ülviyyə Mahmudovadan, Zaqatala, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Uzun müddətdir ki, davam edən Ermənistan-Azərbaycan münaqişəsi Sizin düşünülmüş, uzaqgörən fəaliyyətiniz nəticəsində öz həllini tapdı. Siz bütün dünyaya müstəqil Azərbaycan dövlətinin və Ordumuzun nə qədər güclü, yenilməz olduğunu nümayiş etdirdiniz. Siz Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi müdrik sərkərdəsiniz. Biz inanırdıq ki, Sizin uğurlu siyasətiniz nəticəsində torpaqlarımız qısa zaman ərzində işğaldan azad olunacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq. Siz bizim inamımızı doğrultdunuz. Bu Qələbəni bizə yaşatdığınız üçün Sizə öz minnətdarlığımızı bildirirəm. Sizə müstəqil Azərbaycanın inkişafı naminə işlərinizdə müvəffəqiyyətlər, möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Ülviyyə Mahmudova
Azərbaycan Respublikası, Zaqatala rayonu, Üçüncü Tala ərazi nümayəndəliyi.-0-