12 noyabr 2020, 19:48
Məlakə İsmayılovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin möhkəm iradəniz və uzaqgörənliyiniz sayəsində artıq 30 ildir ki, işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağı qaldırıldı! Qələbə münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Cənab İlham Əliyev-sizin xalqımıza bağlılığınız nəticəsində biz qələbə çaldıq. Biz ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bir hərbiçi qızı olaraq sizinlə qürur duyur və fəxr edirəm. Uca Allah sizi və ordumuzu qorusun. Sizin də qeyd etdiyiniz kimi, Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsmayılova Məlakə İsmixan qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.