Vahab İsmayılzadədən, Bakı, Azərbaycan
Müzəffər Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanı.
Mikayıl Müşfiq nəslinin varisi və davamçısı olaraq, sizə Müşfiq ailəsi adından dərin təşəkkürümüzü bildiririk. Bu vətən müharibəsində qazandığımız zəfər, 37-ci ildə repressiya olunmuş babalarımız Müşfiqin, Cavidin və s. qurbanlarının ruhlarının şad olmasına səbəb olduğunu zənn edirəm. 20 Yanvar şəhidlərinin və Qarabağ şəhidlərinin qanları yerdə qalmadı, qisasları alındı! Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, sizin siyasətiniz və səylərinizin nəticəsində ordumuzun igid oğulları Qarabağda Azərbaycanın bayrağını dalğalandırdı. Mən bu gün 30 il bundan əvvəl 20 Yanvar faciəsində şəhid olan qardaşım Cavad İsmayılzadənin qəbrini ziyarət etdim və böyük fəxarət hissi ilə, “qanın yerdə qalmadı qardaş” ifadəsini dilimə gətirdim. Bilmənizi istəyirəm ki, Mikayıl Müşfiq ailəsi olaraq, daim yanınızda olmaq bizim üçün fəxrdir. Azərbaycan sizin hakimiyyətiniz altında gözəldir!
Hörmətlə,
İsmayılzadə Vahab Yunis oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.