12 noyabr 2020, 19:38

Xavər Əliyevadan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan, hörmətli Prezidentimiz cənab İlham Əliyev!

Qəlbimdə yüksək fərəh hissi və dərin minnətdarlıqla xalqımızın Böyük qələbəsi münasibətilə bir daha Sizi və Sizin simanızda bütün xalqımızı ürəkdən təbrik edirəm. Azərbaycan xalqına bəxş etdiyiniz bu sevinc, başında dayandığınız bu Qələbə, illərlə həsrətli qəlbimizi sevindirdiyiniz üçün var olun. Ulu Tanrı Sizə, ailənizə daim sevinc, firavanlıq nəsib etsin! Allah sizi qorusun! Övladlarımızı, gələcək nəslimizi dilemma qarşısında qoymadınız. Qəlbimizdə olanları həyata keçirtdiniz, bizə fərəh yaşatdınız. Siz bir daha xalqımızın rəğbətini, hörmətini qazanaraq zirvəyə ucaldınız. Allah Sizi var etsin! Allah Şanlı Ordumuzu, əsgərlərimizi var etsin! Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyeva Xavər Hüseyn qızı,

İngilis dili müəllimi, Əmək veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.