12 noyabr 2020, 19:32
Həsənəli Aslanovdan, Gəncə, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizi, müzəffər Ordumuzu və Azərbaycan xalqını möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. Dövlətimizin ərazi bütövlüyünü bərpa edərək böyük uğura imza atdınız. Bu işi qəhrəmanlıqla və canı bahasına həyata keçirən igid əsgər və zabitlərimizə cansağlığı, şəhidlərimizə isə rəhmət diləyirəm.
Allah Sizi qorusun!
Hörmətlə,
Həsənəli Aslanov
Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri
Azərbaycan Respublikası, Gəncə şəhəri.