Asəm Eyvazovdan, Laçın, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Azərbaycanın Şəhid Milli Qəhrəmanı Qorxmaz Eyvazovunun ailəsi adından Sizə minnətdarlığımızı bildiririk. Siz doğma ata-baba torpaqlarımızı, Laçınımızı, doğmalarımızın qəbirlərin, mənəvi dəyərlərimizi nankor erməni əsirliyindən azad etdiniz. Sizin hər gün elan etdiyiniz qələbə xəbərləri bizi çox sevindirirdi ona görə ki, əzizlərimizin uğrunda qanını tökdüyü, canını verdiyi doğulub boya başa çatdığımız yurdumuza qayıdırıq. Tanrı Sizi qorusun! Tanrı Sizin rəhbərliyiniz altında şanlı tarix yazan rəşadətli Ordumuzu qorusun! Allah Şəhidlərimizə rəhmət eləsin!
Qarabağımızın azadlığı mübarək!
Azərbaycanımızın zəfəri mübarək!
Hörmətlə,
Eyvazov Asəm Qorxmaz oğlu, Şəhid Milli Qəhrəman Qorxmaz Eyvazovun övladı.
Azərbaycan Respublikası, Laçın rayonu, Güləbird kəndi.