12 noyabr 2020, 19:16

Məzahir Əzizovdan, Qusar, Azərbaycan

Qələbən mübarək, möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizə bütün qusarlıların səmimi salamlarını çatdırıram. Erməni qəsbkarları üzərində çaldığımız tarixi zəfərə, bizə yaşatdığınız bu Qələbə sevincinə görə Sizə minnətdarıq.

Sizin gecə-gündüz demədən əziyyət, göstərdiyiniz uğurlu fəaliyyət öz bəhrəsini verdi. Siz artıq qalib Ali Baş Komandansınız. Siz Azərbaycanın yeni, şanlı tarixinin silinməz səhifələrinin müəllifisiniz. Ümummilli liderimiz Heydər Əliyevin arzuları çin oldu. O deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Elə də oldu.

Allah Sizə yar olsun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əzizov Məzahir Səlimxan oğlu.

Azərbaycan Respublikası, Qusar şəhəri.