12 noyabr 2020, 19:11

Ramiz Xəlilovdan, Gəncə, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Möhkəm iradə, müqayisəolunmaz diplomatik səriştə nümayiş etdirməklə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi Qarabağ uğrunda apardığınız müqəddəs müharibədə qazandığınız möhtəşəm zəfər münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetinin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının kollektivi adından Sizi təbrik edir və hədsiz minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının kollektivi adından

Ramiz Xəlilov

Dosent

Azərbaycan Respublikası, Gəncə şəhəri.