Mübariz Qubatovdan, Qusar, Azərbaycan
Möhtərəm Prezident.
Mən bu məktubu Sizə böyük Qələbə sevinci ilə yazıram. Qələbəniz mübarək əziz və məğlubedilməz Sərkərdəmiz.
Siz Azərbaycana, xalqımıza yeni bir tarix yaşatdınız. Bütün dünyaya sübut etdiniz ki, Vətənini canından da çox sevən Azərbaycan xalqının yenilməz şanlı Ordusu, müzəffər Ali Baş Komandanı var. Bu Qələbənin əsası hələ Siz ölkə Prezidenti kimi fəaliyyətə başladığınız gündən qoyulub. Rəhbərliyinizlə nail olduğumuz iqtisadi inkişaf, hərtərəfli hazırlıqlı güclü Ordu, xalq-iqtidar birliyi, balanslaşdırılmış xarici siyasət, ən əsası isə Sizin polad qətiyyətiniz Qələbəmizin təminatı oldu.
Allah Sizi və xalqımızı qorusun!
Dediyiniz kimi, Qarabağ Azərbaycandır!
Qələbən mübarək, Azərbaycan!
Hörmətlə,
Mübariz Qubatov
Azərbaycan Respublikası, Qusar şəhəri.