12 noyabr 2020, 18:40

İsmayıl Məhərrəmovdan, Ağcabədi, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Sizi rəhbərliyiniz altında şanlı Ordumuzun erməni faşistləri üzərində tam Qələbəsi münasibətilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi filialının çoxsaylı üzvləri adından təbrik edirik. Sizə uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Cənab Prezident, Siz Azərbaycan xalqının xilaskarısınız. Bununla ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin ruhu şad oldu. Torpaqlarımızı işğaldan azad edərək şəhidlərimizin qisasını aldınız. Əlillərimizin, qazilərimizin bütün ağrı-acılarını unutdurdunuz.

Allah Sizi qorusun!

Hörmətlə,

Məhərrəmov İsmayıl Əsgər oğlu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi filialının sədri, birinci Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.