Suliddin Abbasov və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin möhkəm iradəniz, yüksək siyasi, fəlsəfi və demokratik intellektiniz, yenilməz, mətin iradəniz nəticəsində torpaqlarımız işğaldan azad olunur. Artıq mühüm Qələbə əldə olunub. Bu Qələbə münasibətilə Sizi təbrik edirik.
Azərbaycan Aqrar Universitetinin əməkdaşları kimi ümid edirik ki, tezliklə işğaldan azad olunmuş ərazilərimizdə bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi üçün münbit şərait yaradılacaq və biz alimlər də yaranmış imkandan istifadə edərək öz elmi tədqiqatlarımızı bu müqəddəs torpaqlarımızda davam etdirəcəyik.
Allah Sizi qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Abbasov Suliddin, professor, kafedra müdiri,
Abbasov Ramiq, baş müəllim,
Ağayeva Mehriban, assistent,
Azərbaycan Aqrar Universitetinin əməkdaşları.
Azərbaycan Respublikası, Gəncə şəhəri.