12 noyabr 2020, 18:36

Tahir Kərimli və Anar Kərimlidən, Ağcabədi, Azərbaycan

Möhtərəm Prezident, xalqımızın qəhrəman oğlu.

Biz şuşalı olaraq Sizi Ordumuzun misilsiz Qələbəsi münasibətilə ailəmiz adından ürəkdən təbrik edirik. Siz, Qələbə müjdəli müraciətinizlə qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına işğaldan azad edilən Qarabağı Azərbaycan xalqına qaytardınız. Şəhidlərimizin ruhu şad olsun, yaralı döyüşçülərimizə isə şəfa diləyirik.

Siz Ulu Öndər Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanıram” deməsini əməli fəaliyyətinizlə doğrultdunuz. Siz heyrətamiz fəaliyyətinizlə mətin ordu Komandanı və informasiya müharibəsinin söz sərkərdəsi olduğunuzu tarixə qızıl hərflərlə yazdınız. Siz Azərbaycanın mənəvi paytaxtı Şuşa şəhərinin işğaldan azad edilməsinin mühüm əhəmiyyətini bir daha vurğuladınız və təkrar etdiniz ki, “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Biz səni dirçəldəcəyik!”. Əminik ki, bu dirçəliş Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş bütün torpaqlarda uğurla həyata keçiriləcək. Cənnətməkan diyarımız gülüstana çevriləcək. Bu böyük vəzifələrin həyata keçirilməsi yolunda Sizə uğurlar arzulayırıq. Eşq olsun Vətənin igid oğluna!

Hörmətlə,

Tahir Kərimli

Anar Kərimli

Azərbaycan Respublikası, Ağcabədi rayonu.