12 noyabr 2020, 18:24

Camal Kərimovdan, Ağcabədi, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Vətənimizin müqəddəs simvolu olan Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Sizə minnətdarlığımı bildirirəm. Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüz bərpa olunur, torpaqlarımız erməni işğalçılarından təmizlənir. Mənim üç oğlum da ön cəbhədə döyüşür. Biz həmişə Sizin yanınızdayıq, cənab Prezident!

Allah Sizi, igid əsgər və zabitlərimizi qorusun!

Hörmətlə,

Kərimov Camal İdris oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Köyük kəndi.